“Cəfər Cabbarlı” stansiyasının təmir işləri nə vaxt yekunlaşacaq?

16:26 - 29.02.2024


29 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Bakı Metropolitenində “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” panel konfransı keçirilib.

ABC.AZ xəbər verir ki, sözügedən konfransda “Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının təmir işlərinin bu ilin birinci yarısında yekunlaşacağını vurğulayıb.

“Stansiyada artıq üzlük işlərinə başlamışıq. Stansiya divarlarında, orta zalda müvafiq işlər gedir. Cəfər Cabbarlı stansiyasının ikinci xətti bu il istifadəyə veriləcək”, – deyə H. Məmmədov əlavə edib.