Qarabağ Universitetində müəllimləri maaşı nə qədər olacaq?

16:40 - 29.02.2024


29 fevral, Fineko/abc.az. Qarabağ Universitetində müəllimlərin maaşları ortalamadan yüksək olacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O bildirib ki, Qarabağ Universitetində əməkhaqlarının orta göstəricidən bir neçə dəfə yüksək olması nəzərdə tutulur:

“Çünki yalnız bu halda istedadlı adamları ora apara bilərik. Vakansiyalara gəldikdə isə bu tamamilə şəffaf proses olacaq. Xaricdə təhsil alan təhsil işçilərinin Azərbaycana, Qarabağa qayıtması bizim əsas hədəflərimizdəndir”.

Bütün xəbərlər