Vəfat edən şəxsin bank hesabı barədə məlumat almaq mümkün olacaq

16:48 - 29.02.2024


29 fevral, Fineko/abc.az. Nazirlər Kabineti 12 oktyabr 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra notariusun və yaxud xüsusi notariusun köməkçisinin, Azərbaycan konsulluqlarının səlahiyyətli vəzifəli şəxslərinin və notariat ofisləri olmayan yaşayış məntəqələrinin yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin sorğusu əsasında vəfat edən şəxsin bank hesabları və əmanətləri, habelə bank saxlancında olan əmlakı barədə "Elektron notariat”dan məlumat almaq mümkün olacaq.

Bütün xəbərlər