Xaricə xurma satanların gəlirləri bu qədər artıb

17:09 - 29.02.2024


29 fevral, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında 17,1 milyon dollar dəyərində xurma ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 milyon dollar 58,3% artıb.

Qeyd edək ki, 2023-cü ilin eyni dövründə 10,8 milyon dollar dəyərində xurma ixrac edilib.

Bütün xəbərlər