Pomidor ixracından gələn gəlirlər 58%-dən çox artıb - RƏQƏMLƏR

17:38 - 29.02.2024


29 fevral, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında 16,6 milyon dollar dəyərində pomidor ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb. 

Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 milyon dollar 58,1% artıb.

Qeyd edək ki, 2023-cü ilin eyni dövründə 10,5 milyon dollar dəyərində pomidor ixrac edilib.

Bütün xəbərlər