Rusiya aviaşirkəti Omskdan Bakıya uçuşlara başlayacaq

10:26 - 1.03.2024


1 mart, Fineko/abc.az. Rusiyanın “İrAero” aviaşirkəti aprelin 2-dən Omskdan Bakıya reysə başlayacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Omsk hava limanının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu şəhərlər arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə həyata keçirilib.

Uçuşlar həftədə bir dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə çərşənbə axşamı saat 02:50-də Omska çatacaq və yerli vaxtla saat 04:00 radələrində əks istiqamətə yola düşəcək.

Bütün xəbərlər