Türkiyə şirkəti Azərbaycanda bu xammalın istehsalını yarada bilər

10:58 - 1.03.2024


1 mart, Fineko/abc.az. Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk ilə görüşüb.

ABC.AZ xəbər verir ki, görüşdə ölkəmizdə natrium sianid istehsalı layihəsini müzakirə edilib.

"Dağ-mədən sənayesində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resursları və layihənin perspektivlərini nəzərdən keçirdik", - Mikayıl Cabbarov bildirib.

Qeyd edək ki, “TYÖ Yatırım” şirkəti avtomobil, inşaat, müdafiə, enerji, kimya, metallurgiya və qida sahələrində fəaliyyət göstərir.

Bütün xəbərlər