Azərbaycan qiymətli kağızlar bazarının inkişafı üçün BƏƏ ilə əməkdaşlıq edə bilər

11:04 - 1.03.2024


1 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qiymətli kağızlar bazarının inkişaf etdirilməsi müzakirə edilib. 

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib. Məlumata görə, Mərkəzi Bankın nümayəndə heyətinin BƏƏ-yə səfəri çərçivəsində Əmirliklərin Qiymətli Kağızlar və Əmtəələr Təşkilatının nümayəndələri ilə görüşü keçirilib.

Görüşdə BƏƏ-nin qiymətli kağızlar bazarının inkişafı, mövcud investisiya imkanları və hər iki ölkənin nəzarət qurumları arasında əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb.

Bütün xəbərlər