Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar azalıb - Hesabat

11:10 - 1.03.2024


1 mart, Fineko/abc.az. Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar azalıb, ödənişlər artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 326 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45 min manat və ya 12,1% azdır.

Belə ki, ötən ilin yanvar ayında bu göstərici 371 min manat təşkil edib.

Sözügedən dövrdə bu növ sığorta ödənişləri 28 min manat təşkil edib ki, bu da illik müqayisədə 20 manat və ya 3,5 dəfə çoxdur.

Ötən ilin eyni dövründə 8 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 8,7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 6,6% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2,2% təşkil edib.

Bütün xəbərlər