Azərbaycanda bu sığorta növünə maraq artıb

11:34 - 1.03.2024


1 mart, Fineko/abc.az. Azərbaycanda fərdi qəza və xəstəliklərin könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 305 min manat təşkil edib.

Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 93 min manat və ya 44% çoxdur. Ötən ilin yanvar ayında bu göstərici 212 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 8 min manat təşkil edib ki, bu da illik müqayisədə 4 manat və ya 2 dəfə çoxdur. Ötən ilin eyni dövründə 4 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 2,6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 0,8% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 1,8% təşkil edib.

Bütün xəbərlər