Rusiyada elektromobillər üçün yükləmə stansiyalarının vahid məlumat sistemi layihəsi həyata keçirilir

11:36 - 1.03.2024


1 mart, Fineko/abc.az. RF Energetika Nazirliyi elektromobillər üçün elektrik yükləyici stansiya sistemlərinin informasiya dəstəyi üzrə pilot layihə həyata keçirir.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya energetika nazirinin müavini Eduard Şeremetsev bildirib.

Nazir müavininin qeyd etdiyi kimi, sistemin istifadəsi stansiyasın yüklənməsi, sərbəst gücü və digər parametrləri barədə məlumatları tez bir zamanda əldə etməyə imkan verəcək. 

Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu günə qədər pilot layihənin yekunları üzrə ilk nəticələr əldə edilib. "Mənim fikrimcə, prioritet vəzifə yerinə yetirildi, indi onun miqyasını müzakirə edəcəyik", - deyə enerji nazirinin müavini bildirib.

Bütün xəbərlər