Avropa İttifaqı ilə Azərbaycan arasında iki sənəd imzalanacaq

11:58 - 1.03.2024


1 mart, Fineko/abc.az. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun Azərbaycana səfəri çərçivəsində əməkdaşlığa dair iki sənəd imzalanacaq.

ABC.AZ-ın məlumatına görə, komissar Kadri Simson, həmçinin Energetika Nazirliyi ilə “Elecnor” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun və Azərbaycan Bərpa Olunan Enerji Agentliyi ilə “Wind Europe” (Avropa Külək Enerjisi Assosiasiyası) arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunın imzalanmasında iştirak edəcək.

Bütün xəbərlər