Prezident İlham Əliyev Avropa İttifaqının rəsmisini qəbul edib

12:12 - 1.03.2024


1 mart, Fineko/abc.az. Prezident İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib.

ABC.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonu qəbul edib.