Hindistan Çini qlobal elektronika bazarından sıxışdırır

12:21 - 1.03.2024


1 mart, Fineko/abc.az. Çinin bəzi əsas bazarlarda elektronika ixracındakı mövqeləri zəifləməyə başlayıb.

ABC.AZ xəbər verir ki, Hindistan ÇXR-a daha çox rəqabət yaradır.

Beləliklə, 2021-ci ilin noyabr ayında Hindistandan ABŞ-a elektronikanın bütün ixracı ÇXR-dən tədarükün 2,51%-ni təşkil edirdisə, 2023-cü ildə onun payı 7,65%-ə yüksəldi. İngiltərə barəsində nisbət 4.79%-dən 10%-ə yüksəldi. Hindistan Avstraliya, Kanada və Yeni Zelandiyaya tədarükü də artırıb.

Hindistanda Samsung Electronics smartfonlarının istehsalı üzrə ən böyük zavod yerləşir. Bundan əlavə, Apple Foxconn Technology Group və Pegatron podratçıları vasitəsilə ölkədə bütün iPhone-ların ən azı 7%-ni istehsal edir.

Bundan əvvəl Hindistanın Baş naziri Narendra Modi bildirib ki, yaxın bir neçə ildə ölkə dünyanın üçüncü iqtisadiyyatına çevriləcək.

Bütün xəbərlər