Prezident italiyalı naziri qəbul edib

14:26 - 1.03.2024


1 mart, Fineko/abc.az. Prezident İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib.