“Araz Vadisi İqtisadi Zonası”nda ayaqqabı istehsalı müəssisəsi yaradılacaq

14:39 - 1.03.2024


1 mart, Fineko/abc.az. “Bosco shoes” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. 

Agentlikdən ABC.AZ-a daxil olmuş məlumatda bildirilir ki, şirkət tərəfindən sənaye parkının ərazisində ayaqqabı istehsalı müəssisəsi yaradılacaq. 

İnvestisiya dəyəri 3,5 milyon manat olan müəssisədə 72 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Fabrikdə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

Bütün xəbərlər