Ələt Azad İqtisadi Zonasının ərazisində karqo hava limanı inşa ediləcək

15:53 - 1.03.2024


1 mart, Fineko/abc.az. Almaniya Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə Assosiasiyanın icraçı direktoru Maykl Harmsın rəhbərliyi altında aparıcı alman şirkətlərindən ibarət nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasını (ƏAİZ) ziyarət edib.

ABC.AZ xəbər verir ki, səfər zamanı “Silk Way AFEZCO” şirkətinin icraçı direktoru Cavad Dbila nümayəndə heyətini ƏAİZ-in ərazisində tikiləcək karqo hava limanı haqqında məlumatlandıraraq bildirib ki, sözügedən hava limanı ƏAİZ-in investorları və digər müştərilər üçün hava ilə beynəlxalq yükdaşıma nəqliyyatı xidmətləri göstərəcək. Ardınca, “Silk Way Group” şirkətinin prezidenti Zaur Axundov karqo hava limanının strateji əhəmiyyəti və ƏAİZ-in investorları və digər müştərilər üçün faydalarından bəhs edib.

Görüş sual-cavab sessiyası ilə başa çatıb.

Bütün xəbərlər