Çinin “Acemagic” şirkəti viruslu kompüterlər satırdı

16:15 - 1.03.2024


1 mart, Fineko/abc.az. Çinin “Acemagic” şirkəti əvvəlcədən quraşdırılmış Bladabindi bəkdorlu kompüterlər satırdı.

ABC.AZ xəbər verir ki, bu virus şəxsi məlumatları oğurlayır və digər zərərli proqramları quraşdırır.

"Hadisə, yükləmə müddətini azaltmaq üçün tərtibatçılar tərəfindən edilən proqram dəyişikliklərinə görə baş verdi. İstəmədən şəbəkə parametrlərinə və rəqəmsal imzaların yoxlanılmamasına təsir ediblər", — deyə şirkət izah edib.

Şirkət zərər çəkmiş müştərilərə məhsullarına 25% endirim edəcək.