Mərkəzi Bankın xarici valyuta ehtiyatları 11.65 milyard dollara çatıb

16:39 - 1.03.2024


1 mart, Fineko/abc.az. Mərkəzi Bankın xarici valyuta ehtiyatları son ayda da yüksəlib.

ABC.AZ Mərkəzi Bankın rəsmi açıqlamasına istinadən xəbər verir ki, son bir ayda 13 mln. dollar (0.11%) və son bir ildə isə 2 mlrd. 607 mln. dollar (28.8%) artaraq 11 mlrd. 650 mln. dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı pul siyasəti ilə bağlı bəyanatında valyuta hərraclarında alışyönlü intervensiya edəcəyini açıqlamışdı.