Hindistan rekord səviyyədə buğda və xardal istehsalına nail oldu

11:45 - 6.03.2024


6 mart, Fineko/abc.az. 2023-2024 mövsümündə Hindistanın kənd təsərrüfatı sektoru rekord səviyyədə buğda və xardal məhsuluna nail olub.

ABC.AZ xəbər verir ki, bunu, ölkə hökumətinin son qiymətləndirmələrini göstərib.

Hindistan hökumətinin ikinci ilkin qiymətləndirməsinə görə, buğda istehsalı əvvəlki ilin rekordunu üstələyərək ilk dəfə 112,01 milyon tona çatacaq. Xardal istehsalı da yeni bir maksimuma çatacaq.

Sənaye analitikləri deyirlər ki, bu vəziyyət Hindistanlı fermerlərin iqlim dəyişkənliyi şəraitində davamlılığını və uyğunlaşma strategiyalarını əks etdirir. Bununla birlikdə, təxminlər, ilk növbədə El Nino'nun mənfi təsirləri səbəbindən əsas qida məhsulu olan düyü istehsalında nəzərəçarpacaq dərəcədə azalma olduğunu göstərir.