16:11 - 6.03.2024
6 mart, Fineko/abc.az. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2022-ci ili 269 min manat mənfəətlə başa vurub.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat Agentliyin hesabatında öz əksini tapıb.
Agentlik 2021-ci ili 386 min manat xalis mənfəətlə bağlamışdı.
Bu da o deməkdir ki, xalis mənfəətdə son bir ildə 110 milyon 640 min manat və ya 29% azalıb.
TKTA-nın cəmi gəlirləri 2021-ci ildə 1 milyon 58 min manat ikən, 2022-ci ildə 1 milyon 303 min manata yüksəlib. Gəlirlər son bir ildə 245 min manatdan çox (23,2%) artıb.
Agentliyin işçi heyəti üzrə xərcləri 747,8 min, amortizasiya xərcləri 54,6 min manat, sair əməliyyat xərcləri 231,7 min manat təşkil edib.
Əvvəlki illə müqayisədə işçi heyəti üzrə xərclər 207,5 min manat (38,4%), amortizasiya xərcləri 22,5 min manat (70%), sair əməliyyat xərcləri 135,6 min manat (2,4 dəfə) artıb.
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024