“Evonik” şirkəti 2026-cı ilə qədər 2000 iş yerini ixtisar edəcək

10:56 - 7.03.2024


7 mart, Fineko/abc.az. Xüsusi kimyəvi maddələr şirkəti “Evonik”, 2026-cı ilə qədər 33.000 iş yerindən 2000-ni ixtisar edəcək, bunlardan təxminən 1500-ü Almaniyadadır. Şirkət idarəetmə işçilərinin ixtisarında 400 milyon avroya qənaət etmək istəyir.

ABC.AZ xəbər verir ki, Almaniyanın kimya sənayesi hələ də nisbətən yüksək enerji qiymətlərindən və zəif iqtisadiyyata görə əziyyət çəkir. “Evonik”in rəqibi olan “Covestro”, satışlarda 20% azalma qeyd edib, sənaye lideri BASF isə, 2023-cü ildə gəlir və satışların azaldığını qeyd edib, qənaət və iş azaltma proqramlarını tətbiq edib.