Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

14:26 - 11.03.2024


11 mart, Fineko/abc.az. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

ABC.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb.