Azərbaycanda sement istehsalı 23% artıb - Hesabat

15:14 - 11.03.2024


11 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Azərbaycanda 251,6 ton sement istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 47,3 ton və ya 23,2% artıb. Ötən ilin yanvar ayında 204,3 ton sement istehsal edilmişdi. 2024-cü ilin fevral ayının 1-nə hazır məhsul istehsalı 82,4 ton təşkil edib.

Hazır məhsul ehtiyatı 5,8 ton, yəni 7,6% artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 76,6 ton olub.