Qəbələdəki mehmanxanalara 10 min 472 nəfər turist yerləşdirilib - Bu müddətdə

14:30 - 12.03.2024


12 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 10 min 472 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 5 min 441 nəfəri və ya 52 faizi Azərbaycan, 5 min 31 nəfəri və ya 48 faizi xarici ölkə vətəndaşı olub.

ABC.AZ xəbər verir ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvar-fevral aylarında Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 413 nəfər və ya 4,1 faiz artıb. İki ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 487 nəfər və ya 8,2 faiz azalsa da, əcnəbi turistlərin sayında 900 nəfərədək və ya 21,8 faiz artım qeydə alınıb.