Bu sement zavoduna əlavə investisiya qoyulub

15:43 - 13.03.2024


13 mart, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan sement zavoduna maya qoyulub.

ABC.AZ xəbər verir ki, “Reges Sement” MMC-nin (“Naxçıvan Sement Zavodu” MMC) nizamnamə kapitalı 1 222 012 manat və ya 3.4% artırılaraq 37 271 662 manata qaldırılıb.

Xatırladaq ki, Şirkət bir il öncə rebrendinq edib. 2023-cü ilin martına qədər “Naxçıvan Sement Zavodu” MMC kimi adlandırılırdı.

Zavodun nizamnamə kapitalı 2023-cü ilin yayına qədər 200 manat göstərilirdi və həmin tarixdən sonra 35 979 300 manata qaldırılmışdı.