330x110
 

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

30.07.2018,16:25


30 iyul, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 95, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara çaylarında 25-50, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

İyulun 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma  müşahidə olunub. Hazırda məntəqədə su sərfi 107 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 68 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 66 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 19 m3/s təşkil edərək ongünlük normanın 22 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyulun 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Surrada 1 sm artım qeydə alınıb, lakin Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm (2017-ci il iyulun 30-da 350 sm), Şirvanda 163 sm (2017-ci il iyulun 30-da 207 sm), Salyanda 87 sm (2017-ci il iyulun 30-da 133 sm), Bankədə 167 sm (2017-ci il iyulun 30-da 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 35 sm (2017-ci il iyulun 30-da 51 sm) təşkil edir.