İstanbul hava limanında psixoloq itlər sərnişinlərə dəstək olacaq

16:41 - 14.03.2024


14 mart, Fineko/abc.az. İstanbul hava limanı Türkiyə üçün unikal "Therapy Dog Project" layihəsinə start verib.

ABC.AZ xəbər verir ki, layihənin məqsədi uçuş stresini yaşayan sərnişinlərə kömək etməkdir.

Bunu etmək üçün, xüsusi təlim keçmiş itlər, təlimçilərin müşayiəti ilə hava limanında gəzişir. Heyvanları sığallamaq, qucaqlamaq və ya onlarla sadəcə danışmaq olar. Pik saatlarda "tüklü psixoloqlar" beynəlxalq terminalın sərnişinlərinin gediş zonasında gözləyirlər.

Tədqiqata görə, it, pişik və ya digər ev heyvanı ilə oyun zamanı serotonin və dopamin səviyyələri arta bilər ki, bu da rahatlamağa və sakitləşməyə kömək edir. Bundan başqa, 65 yaşdan yuxarı ev heyvanları sahibləri həkimə ev heyvanları olmayanlara nisbətən 30% daha az müraciət edirlər.