Azərbaycanda maliyyə-sığorta sektorunda maaşlar artıb, ya azalıb?

10:15 - 18.03.2024


18 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əmək haqqı 2 289,5 manata çatıb. 

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu 2023-ci ilin ilk ayı ilə müqayisədə müqayisədə 250,2 manat və ya 12,3% çoxdur.

Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 2 039,3 manat idi.

Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 2 713,2 manat təşkil edib ki, bu 2023-ci ilin eyni ayı ilə müqayisədə 683,7 manat və ya 33,7% çoxdur.

Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 2 183,2 manat olub. Bu da illik müqayisədə 141,5 manat və ya 6,9% çoxdur.