CERN Rusiyalı alimlərlə işləməkdən imtina edəcək

10:10 - 19.03.2024


19 mart, Fineko/abc.az. Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) bu il noyabrın 30-da Rusiya ilə əlaqələri olan 500 mütəxəssislə əməkdaşlığı dayandıracaq.

ABC.AZ xəbər verir ki, bu barədə CERN-in rəsmi nümayəndəsi Arno Marsolye bildirib.

"Hal-hazırda, hələ də hər hansı bir Rusiya təşkilatı ilə əlaqəli olan 500—ə yaxın istifadəçimiz var, əksəriyyəti bu bölgədə (İsveçrədə) yaşamır. Gələcəkdə Böyük Hadron kollayderindəki vəzifələrin digər qrupları öz üzərinə götürməsinə hazırlaşırıq”, — deyə o bildirib.