14:16 - 19.03.2024
19 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycana 167 ölkədən 341 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 46,7 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir k, gələnlərin 26,8%-i Rusiya, 19,9%-i Türkiyə, 9,8%-i İran, 6,9%-i Hindistan, 4,8%-i Gürcüstan, 3,4%-i Səudiyyə Ərəbistanı, hər birindən 2,7%-i olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qazaxıstan və Pakistan, 2,1%-i Küveyt, 1,8%-i Özbəkistan, 1,5%-i Türkmənistan, hər birindən 1,3% olmaqla Oman və Ukrayna, 1,1%-i Belarus, 11,2%-i digər ölkələrin vətəndaşları olub.
Azərbaycana ən çox vətəndaşı gələn ölkə isə 91,4 min nəfərlə Rusiya olub. Türkiyə 67,7 min nəfərlə ikinci, İran 33,6 min nəfərlə 3-cü pillədə qərarlaşıb. Cari ilin ilk iki ayı ərzində 23,4 min nəfərə Hindistan vətəndaşı qəbul edilib.
Qonşu Gürcüstandan gələn vətəndaşların sayı isə 16,4 min nəfər təşkil edib. Səudiyyə Ərəbistanından gələnlərin sayı 11,5 min nəfər, Birləşmiş Ərəb Ərəb Əmirliklərindən gələnlərin sayı 9,2 min nəfərə yaxın olub. Ən az əcnəbi isə Suriya (112 nəfər), Norveç (190 nəfər) və Latviya vətəndaşları (199 nəfər olub).
Gələnlərin 73,9%-ini kişilər, 26,1%-ini qadınlar təşkil edib.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024