14:15 - 27.03.2024
27 mart, Fineko/abc.az. Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq.
ABC.AZ Report-a xəbər verir ki, bunu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
O bildirib ki, hazırda Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir: “Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Xocalı rayonu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunmuşdu. Həmin gecə erməni quldurları Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədiblər.
Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayının 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində Xocalı işğaldan azad olunub.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025