Azərbaycana gübrə idxalı azalıb, ya artıb?

15:24 - 27.03.2024


27 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal edilən gübrələrin çəkisi 2 dəfəyə yaxın artıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 2 ayında ölkəyə 8 786.18 min ABŞ dolları dəyərində 25 527.75 ton gübrə idxal edilib.

Keçən ilin müvafiq dövründə isə ölkəyə 10 429.63 min dollar dəyərində 14 220.48 ton gübrə gətirilib.