Azərbaycanla sülh sazişinin prinsipləri razılaşdırılıb - Paşinyan

16:41 - 27.03.2024


27 mart, Fineko/abc.az. Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycanla sülh prosesindən danışıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, görüşdə N. Paşinyan Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsiplərinin razılaşdırıldığını bildirib.

O qeyd edib ki, bu prinsiplər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində razılaşdırılıb. Görüş zamanı həmçinin Cənubi Qafqazdakı cari vəziyyət, o cümlədən regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub.