Azərbaycan ötən il 7 milyard dollara yaxın birbaşa xarici investisiya cəlb edib

12:01 - 29.03.2024


29 mart, Fineko/abc.az. 2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,7 milyard ABŞ dolları təşkil edib. 

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankda keçirilmiş brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, birbaşa xarici investisiyalarda ilk 5 ölkə Böyük Britaniya (1,9 milyard ABŞ dolları), Türkiyə (1,3 milyard ABŞ dolları), Kipr (792 milyon ABŞ dolları), Rusiya (617 milyon ABŞ dolları) və İran (396 milyon ABŞ dolları) olub.