Şirkətlərin topladığı sığorta haqları 9 faizə yaxın artıb

17:25 - 29.03.2024


29 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 239 milyon 718,8 min manat təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 8,4% çoxdur.

ABC.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 191 milyon 47,25 min manat (artım 11,4%) və ya bazar üzrə bütün sığorta haqlarının 79,7%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 87 milyon 75,29 min manat (artım 25%), qeyri-həyat sığortası üzrə sığorta haqları 103 milyon 971,96 min manat (artım 2,1%) təşkil edib.

İcbari sığorta növləri üzrə sığorta haqları 48 milyon 671,57 min manat (azalma 2%) təşkil edib.