Bu ölkə ötən il Azərbaycan iqtisadiyyatına 318.97 milyon dollar yatırım edib

10:23 - 2.04.2024


2 aprel, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatına 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərindən cəlb olunmuş  birbaşa investisiyaların həcmi ötən il kəskin artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ildə BƏƏ-dən Azərbaycan iqtisadiyyatına  318.97 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırılıb.

Bu da 2022-ci ildə qeydə alınmış 80.39 mln. dollardan 238.57 mln. dollar və ya 297% (4 dəfəyə yaxın) artım deməkdir.