Əsas məsələ ölkədə iş yerləri yaratmaqdır - Nazir müavini

10:36 - 2.04.2024


2 aprel, Fineko/abc.az. Dövlət proqramlarının qarşısında duran əsas məsələlərdən biri ölkədə iş yerləri yaratmaqdır.

ABC.AZ xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüşdə deyib.

Onun sözlərinə görə, təhsil elə sahədir ki, nəticələri gec görmək olur. Bu gün görülən işlər isə müsbət qiymətləndirilir:

“Ötən il dövlət proqramı çərçivəsinə qəbul edilən tələbələrin 50-si dünyanın top 10 universitetinə, qalan 300-ü isə digər tanınmış universitetlərə qəbul olub”.

Nazirlik rəsmisi qeyd edib ki, bu gün təhsil alan gənclər rəqabətədavamlıdırlar.