10:42 - 2.04.2024
2 aprel, Fineko/abc.az. 2023-cü ildə işğaldan azad edilmiş Şərqi Zəngəzurun iqtisadiyyatına investisiya qoyuluşu 3 milyard 955.19 milyon manata yüksəlib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonunun əsas kapitalına yönəldilmiş investisiyaların həcmi illik müqayisədə 78.2 faiz artım deməkdir.
İqtisadi rayona daxil olan Laçın və Kəlbəcər rayonunlarına investiya qoyuluşunun həcminə görə Bakı şəhərindən sonra ikinci və üçüncü ən iri həcmli inzibati ərazidir. Laçın rayonuna investiyaların həcmi illik müqayisədə 5.6 dəfə artaraq 1 milyard 563.74 mln. manata, Kəlbəcər rayonuna isə 118 faiz artaraq 879.51 milyon manata yüksəlib.
Şərqi Zəngəzur iqtisadiyyatınındakı əsas vəsaitlərə sərmayələrin 3 milyard 749.66 milyon manatı tikinti və quraşdırmaya yönəldilib.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025