Azərbaycanda elektron məhkəmə platforması yaradılır

11:16 - 2.04.2024


2 aprel, Fineko/abc.az. Azərbaycanda vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə imkan verən “E-Justice” platforması yaradılır. 

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Baş Prokurorluğun “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda məlumat verib. 

Bildirilib ki, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası tərəfindən hüquq mühafizə orqanlarının, eləcə də məhkəmə hakimiyyətinin işinə önəmli töhfə vermək məqsədilə dövlət orqanlarının qarşılıqlı elektron fəaliyyətini özündə əks etdirən yeni bir konsepsiya hazırlanıb. 

“E-Justice” platforması ədalət mühakiməsinə əlçatanlığın asanlaşmasına və səmərəliliyinin artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə, eləcə də vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edir.