Bu ilin I rübündə Rusiyalılar ən çox Türkiyə və BƏƏ-yə səfər ediblər

14:35 - 3.04.2024


3 aprel, Fineko/abc.az. "Yandex Travel" xidməti 1 yanvar-31 mart 2024-cü il tarixlərində Rusiyalılar aviabiletlərinin axtarışı ilə bağlı məlumatları araşdırıb.  

ABC.AZ xəbər verir ki, bu ilin I rübündə ən çox payı olan ilk 10 ölkə bunşardır: Türkiyə - tədqiq olunan dövrdə gediş — dönüş uçuşunun orta qiyməti - 28,600 rubl, BƏƏ (45,400 rubl), Ermənistan (20,500 rubl), Azərbaycan (23,700 rubl), Qazaxıstan (27,100 rubl), Gürcüstan (33,500 rubl).

Mart ayının sonunda səyahət planlaşdırma xidməti OneTwoTrip, Rusiyalıların 2024-cü ilin yayında ziyarət etmək istədikləri ölkələrin reytinqini tərtib edib. Türkiyə yay siyahısında birinci yeri tutur: iyun-avqust ayları arasında səyahət edənlərin 22,4%-i bu ölkəyə getmək istəyir. İkinci yeri Gürcüstan 18,1% payla tutub. Üçüncü yerdə isə bu yay səyahət edənlərin 4,6 faizinin istirahət etmək istədiyi Ermənistan qərarlaşıb.