17:16 - 3.04.2024
3 aprel, Fineko/abc.az. Azərbaycanda cəmi könüllü sığorta üzrə yığımlar və ödənişlər artıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 191 milyon 47 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 milyon 620 min manat və ya 11% çoxdur.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 171 milyon 427 min manat təşkil edib. Bu dövrdə bu növ sığorta ödənişləri 79 milyon 823 min manat təşkil edib ki, bu da illik müqayisədə 27 milyon 232 min manat və ya 52% çoxdur.
Əvvəlki ilin eyni dövründə 52 milyon 591 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 42% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 11% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 31% təşkil edib.
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024