12:43 - 1.11.2017
Azərbaycanın İcbari Sığorta Bürosu (ISB) elan edir ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə son kağız polislərinin qüvvədə olma müddəti bitmişdir.
Büronun xəbərində deyilir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə kağız daşıyıcıda daha əvvəl bağlanmış müqavilələrin (şəhadətnamələrin) təminat müddəti cari ilin 31 oktyabr tarixində saat 23:59-da bitmişdir.
“Bununla, kağız şəhadətnamə blanklarında rəsmiləşdirilmiş icbari avtoməsuliyyət sığortası müqavilələri tamamilə dövriyyədən çıxarılmışdır”, - məlumatda belə deyilir.
2016-cı ilin 1 noyabrından ölkədə avto-mülki məsuliyyətin icbari sığortası üzrə müqavilələr yalnız elektron sənəd formasında bağlanılır.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024