"Samsung”un mənfəəti artıracağı proqnozlaşdırılır

10:01 - 4.04.2024


4 aprel, Fineko/abc.az. "Samsung”un cari ilin birinici rübündə ötən illə müqayisədə mənfəətini təxminən doqquz dəfə artıracağı gözlənilir.

ABC.AZ xəbər verir ki, “LSEG SmartEstimate”in 27 analitikinin orta hesabla verdiyi məlumata görə, “Samsung”un əməliyyat mənfəəti ötən ilin dördüncü rübündə 5,7 trilyon vona (4,24 milyard dollar) yüksəlib.

Əgər belədirsə, bu qazanc, “Samsung”un 2022-ci ilin üçüncü rübündən bəri ən yüksək qazancı olacaq.

Yeni mənfəət, ötən ilin birinci rübündə 640 milyard vonluq əməliyyat mənfəəti ilə müqayisə edilir.