“Alibaba Group Holding Ltd.” 524 milyon səhminə 4.8 milyard dollar xərclədi

10:43 - 4.04.2024


4 aprel, Fineko/abc.az. Çinin internet nəhəngi “Alibaba Group Holding Ltd.” 524 milyon səhmini 4.8 milyard dollara geri alıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Alibaba” ABŞ və Honkonqda siyahıya alınıb və hər iki bazarda səhmlərin geri alınması baş verib.

Rüblük geri alış həcmi yalnız 2021-ci ilin iyul-sentyabr aylarında daha yüksək olub, hansı ki o dövrdə 5.1 milyard dollar təşkil edib. 

Bütün maliyyə ili ərzində “Alibaba” 1.249 milyard səhmi 12.5 milyard dollara geri alıb.