İki ayda çay istehsalı bu qədər artıb

11:40 - 4.04.2024


4 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 1 967,2 ton çay istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 395,1 ton və ya 25,1% artıb.

Ötən ilin yanvar-fevral aylarında 1 572,1 ton çay istehsal edilmişdi. 2024-cü ilin mart ayının 1-nə hazır məhsul istehsalı 87,6 ton təşkil edib.

Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13 ton və ya 17,4% çoxdur. 2024-cü ilin mart ayının 1-nə hazır məhsul istehsalı 74,6 ton təşkil edib.