İşğaldan azad edilmiş ərazilərdə abadlıq işlərinə 659 min ayrıldı

11:51 - 4.04.2024


4 aprel, Fineko/abc.az. “Təmiz Şəhər” ASC “İşğaldan azad edilmiş Xankəndi şəhəri, Xocalı, Xocavənd və Ağdərə rayonlarında yerləşən yaşayış binalarının boş qalmış mənzillərinin və fərdi evlərin məişət tullantılarından (qida və pal-paltar) təmizlənməsi və daşınması xidmətləri” tenderinin nəticələrini elan edib.

ABC. AZ xəbər verir ki, tenderin qalibi “Bakı Abadlıq Xidməti” MMC olub.

Qalib şirkətlə 659 000 manat məbləğində müqavilə imzalanıb.