Azərbaycan Konqoya investisiya yatıracaq

16:29 - 4.04.2024


4 aprel, Fineko/abc.az. Azərbaycan hökuməti Konqoda bir çox investisiya layihələrində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

ABC.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında səsləndirib. İnvestisiyanın əsasən, kənd təsərrüfatı sahəsində yatırılacağı bildirilib.

“Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”, – dövlət başçısı diqqətə çatdırıb.