Fond sığortaçı axtarır

16:39 - 4.04.2024


4 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu balansında olan nəqliyyat vasitələrinin kasko sığortalanması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 25 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini aprelin 24-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanına təqdim edə bilər.