Elektromobil layihəsi ləğv edildikdən sonra “Apple” 600-dən çox işçisini işdən çıxaracaq

11:49 - 5.04.2024


5 aprel, Fineko/abc.az. “Apple” Kaliforniya məşğulluq Departamentinə 614 işçini işdən çıxarmaq üçün müraciət edib. 

ABC.AZ xəbər verir ki, qanuna görə, işəgötürənlər kütləvi işdən çıxarılmadan 60 gün əvvəl işçiləri və ştat nümayəndələrini xəbərdar etməlidirlər.
Bu işçilər Kaliforniyanın Santa Klara ətrafındakı səkkiz “Apple” binasında yerləşir. Bəzi yerlər, məlumatlara görə, “Apple Car” layihəsi ilə bağlı idi.